...2026-cı il Dünya Kubokunun püşkatması Vaşinqtonda baş tutub. Mərasim zamanı FİFA prezidenti Canni İnfantino ABŞ prezidenti Donald Trampa FİFA Sülh Mükafatını təqdim edib.
SİA-nın məlumatına görə, New Voice xəbər verir ki, mükafat püşkatmadan əvvəl xüsusi olaraq Nobel Sülh Mükafatını əldən verən Tramp üçün nəzərdə tutulub.
Milli komandası Dünya Kubokuna vəsiqə qazanan Norveçdə jurnalistlər və mütəxəssislər NRK studiyasında mərasimi müzakirə ediblər.
Vaşinqtonda püşkatmada iştirak edən Norveçin baş məşqçisi Stale Solbakken və Norveç Futbol Federasiyasının prezidenti Lise Klaveness də müzakirəyə qoşulublar.
“Düzünü desəm, bu, qəribə bir şou idi”, - Solbakken mərasim haqqında qısaca deyib.
Əli Babayev