"Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır" - Hikmət Hacıyev

6 Dekabr 2025 15:00 (UTC+04:00)

Bakı və İrəvan arasında sülh sazişinin paraflanması Cənubi Qafqaz regionunda legitimliyi, qanuniliyi və beynəlxalq hüququn üstünlüyünü təmin edib. SİA "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Dohada keçirilən beynəlxalq forumda bildirib.