Dələduzluğa görə axtarışda olan 10 nəfər dekabrın 5-də əməliyyat tədbirləri ilə saxlanılaraq istintaqa təhvil verilib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bununla yanaşı, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 19 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.