Avtobus TIR-a çırpılıb, 7 nəfər ölüb, 11-i yaralanıb

6 Dekabr 2025 13:49 (UTC+04:00)

Türkiyənin Osmaniye əyalətinin Bağce rayonu yaxınlığında sərnişin avtobusunun TIR-a çırpılması nəticəsində 7 nəfər ölüb, 11-i yaralanıb. SİA-nın verdiyi məlumata görə, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, İzmir-Qaziantep reysi ilə hərəkət edən sərnişin avtobusu təkəri partladığı üçün dayanan TIR-a arxadan çırpılıb.