Braziliyanın "Santos" klubu Neymarla müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlara başlayıb. SİA "FootMercato"ya istinadən xəbər verir ki, 33 yaşlı futbolçu A Seriyası təmsilçisində daha bir mövsüm keçirmək niyyətindədir.
Braziliya millisinin üzvü yanvarda Səudiyyə Ərəbistanı klubu "Əl-Hilal"dan ayrılaraq yetirməsi olduğu "Santos"a qayıtmışdı. Tərəflər arasındakı müqavilənin müddəti bu ayın sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, Neymar cari mövsümdə "Santos"un heyətində 27 oyun keçirib, 11 qola və 4 məhsuldar ötürməyə imza atıb.