Cessi Linqard Cənubi Koreya klubunu tərk edib

6 Dekabr 2025 12:33 (UTC+04:00)

İngiltərənin "Mançester Yunayted" klubunun keçmiş yarımmüdafiəçisi Cessi Linqard azad agent olub. SİA "The Sun"a istinadən xəbər verir ki, 32 yaşlı futbolçu Cənubi Koreyanın "Seul" klubunu tərk edib.

Təcrübəli yarımmüdafiəçi Cənubi Koreya təmsilçisində keçən ilin fevralından forma geyinirdi.

Qeyd edək ki, Mançester təmsilçisinin yetirməsi olan C.Linqard İngiltərə millisində 32 oyun keçirib. "Transfermarket" futbolçunun dəyərini 3 milyon avro olaraq qiymətləndirir.