"Azərbaycanın təcrübələrindən yararlanmaq bizim üçün çox önəmlidir" -D-8-in Baş katibi danışdı

6 Dekabr 2025 10:45 (UTC+04:00)

"D-8 Gənclər Dialoqunun fəaliyyət istiqamətləri ilə bağlı Azərbaycanın təcrübələrindən yararlanmaq çox önəmlidir". SİA-nın verdiyi məlumata görə, bunu İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Baş katibi İsiaka Abdulqadir İmam D-8 Gənclər Dialoqunun açılışında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, D-8" Gənclər Dialoqunun fəaliyyət istiqamətlərinə ticarət, nəqliyyat daşınması, təhsil və sağlamlıq, eləcə də iqlim məsələləri daxildir:"Azərbaycanın bizimlə əməkdaşlıq etməsindən çox məmnunuq. Çünki bu ölkənin sözügedən sahələrdə yetərincə təcrübələri var. Həmçinin, Azərbaycanın COP29 təcrübəsi də bizim üçün olduqca vacibdir. Əhalimizin 20 faizini gənclər təşkil edir. Onların bu təcrübələrdən yararlanması mümkündür".