Bu ərazidə 5 bal gücündə zəlzələ oldu

6 Dekabr 2025 09:26 (UTC+04:00)

Rusiyanın Kamçatka diyarında 5 bal gücündə zəlzələ qeydə alınıb. SİA-nın verdiyi məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının telegram kanalında məlumat verilib. Zəlzələ Petropavlovsk-Kamçatskidən 179 km aralıda baş verib. Yeraltı təkanların ocağı 18,2 km dərinlikdə yerləşib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsinin məlumatına görə, son 24 saat ərzində bölgədə maqnitudası 3,7-4,8 arasında dəyişən altı yeraltı təkan qeydə alınıb ki, onlar da insanların məskunlaşdığı ərazilərdə hiss olunmayıb.