Özünüzü döyüşçü və ya kişi hesab edirsinizsə...

6 Dekabr 2025 04:46 (UTC+04:00)

...Çeçenistan lideri Ramzan Kadırov Ukrayna Silahlı Qüvvələrini (USQ) özlərini "döyüşçü" hesab edirlərsə, üzbəüz görüş üçün yer müəyyən etməyə çağırıb.

O, bu açıqlamanı Yeni il şənliklərinə hazırlıq iclasında verib. SİA bunu Çeçenistan liderinin Telegram kanalına istinadən xəbər verir.

Bəyanata səbəb Qroznı şəhərinin çoxmərtəbəli binalarından birinə Ukrayna pilotsuz təyyarəsinin hücumu olub.

Kadırov bunu "acizliyin göstəricisi" adlandırıb və cavabın "uzun müddət gözləməyəcəyinə" söz verib.

...Əgər həqiqətən döyüşmək istəyirsinizsə, bizimlə üzbəüz görüşə biləcəyiniz bir yer tapın. Özünüzü döyüşçü və ya kişi hesab edirsinizsə, bunu edin, - deyə Kadırov bildirib.

Xatırladaq ki, USQ-nin pilotsuz təyyarəsi Qroznı şəhərinin göydələninə dəyib.

Partlayış binanın fasadına ciddi ziyan vurub.

Əli Babayev