Bu ölkələr 2026-cı il Avroviziya mahnı müsabiqəsini boykot elan ediblər...

6 Dekabr 2025 02:51 (UTC+04:00)

...BBC-nin məlumatına görə, İrlandiya, İspaniya, Hollandiya və Sloveniya 2026-cı ilin may ayında keçiriləcək Avroviziya mahnı müsabiqəsindən çıxıblar.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, onlar Avropa Yayım Birliyinin İsrailin iştirakına icazə vermək qərarı səbəbindən boykot elan ediblər.

Norveç, Danimarka, Almaniya və Birləşmiş Krallıq müsabiqədən çıxmaq niyyətlərini təsdiqləyiblər, Belçika, İslandiya və İsveç isə hələ qərar verməyiblər.

İsrail nümayəndələri birliyin qərarını alqışlayaraq bildiriblər ki, bu qərar "musiqi və mədəniyyət vasitəsilə ölkələr arasında həmrəylik və əməkdaşlığı" gücləndirir.

Qeyd edək ki, Avroviziya tarixində boykotlar əvvəllər də baş verib.

1970-ci ildə Finlandiya, Portuqaliya, Norveç və İsveç 1969-cu ildə eyni vaxtda dörd qalibin iştirakı ilə bağlı qalmaqaldan sonra müsabiqədən çıxıblar.

Yunanıstan 1975-ci il müsabiqəsini, Türkiyə isə 1976-cı il müsabiqəsini Türkiyə-Kipr münaqişəsi səbəbindən buraxıb. Rusiya 2022-ci ildən bəri Avroviziyadan kənarlaşdırılıb.

Nazlı Almuradova