Biləsuvarda yol qəzası baş verib, 4 nəfər xəsarət alıb

5 Dekabr 2025 19:02 (UTC+04:00)

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə Biləsuvar rayonu ərazisində qeydə alınıb.

Hadisə zamanı minik avtomobili yük avtomobilinə çırpılıb. Qəza nəticəsində 4 nəfər Cəlilabad rayon sakini, 1948-ci il təvəllüdlü Şamil Ataşov, 1958-ci il təvəllüdlü Səmayə Ataşova, 2010-cu il təvəllüdlü Həsən Nuriyev və 1978-ci il təvəllüdlü Kəmalə Ataşova xəsarət alıblar.

Yaralılar rayon xəstəxanasına çatdırılıb