Suiti balası pivə barına “baş çəkib”...

5 Dekabr 2025 20:23 (UTC+04:00)

...Yeni Zelandiyanın Cənub Adasında yerləşən kiçik Riçmond şəhəri qeyri-adi bir hadisə ilə məşhurlaşıb.

Belə ki, elə də balaca olmayan bir suiti balasının Sprig + Fern The Meadows adlı yerli bir müəssisəyə girib. Və təbii ki, ekzotik bir qonağın barda peyda olması işçi və müştəriləri təəccübləndirib.

SİA xəbər verir ki, Associated Press-in məlumatına görə. Kiçik heyvan ətraf mühitdən olduqca çaşqın görünürmüş və qabyuyan maşının altında gizlənərək diqqətdən kənarda qalmağı üstün tutub.

Barın həmsahibi Bella Evans qeyd edib ki, müəssisədə ev heyvanlarına icazə verildiyi üçün əvvəlcə körpəni ev heyvanı ilə səhv salıb.

Lakin tezliklə məlum olub ki, “qonağ”ın yerli şirniyyatlara və ya spirtli içkilərə marağı yoxdur və təbiəti mühafizə işçilərini sakitcə gözləməyi üstün tutub.

Bir neçə müştəri yumşaq sviter kimi doğaçlama üsullarından istifadə edərək suiti balasını yumşaq bir şəkildə çıxarmağa çalışıb.

Bu vaxt bir müştəri heyvanı ətirli pizza ilə aldatmağı təklif edib ki, bu da barın xüsusi yeməyi olub.

Nəhayət, gələn mütəxəssislər çaşqın suiti balasını tez bir zamanda təbii yaşayış mühitinə təxliyə ediblər.

Bella Evans yumoristik şəkildə vəziyyətə münasibət bildirərək deyib ki, heyvan açıq-aydın azıb və köməyə ehtiyacı olub, çünki o, hələ rəsmi olaraq bara girmək üçün kifayət qədər böyük deyildi.

Hadisə işçilər və qonaqlar arasında çoxlu gülüş və müsbət emosiyalar oyadaraq, yaddaşlarda silinməz iz buraxıb.

Nazlı Almuradova