...Ozzi adlı “amerikalı it” rəsmi olaraq Ginnesin Rekordlar Kitabının yeni ulduzu oldu və yaşayan itlər arasında ən uzun dili olan it adını qazanıb.
SİA-nın məlumatına görə, bu barədə UPI yazır.
İtin, demək olar ki, həmişə ağzından sallanan dilinin ölçüsü 19,9 sm-dir. Ozzi-nin sahibi Angela Pick, Ozzi-nin doğuşdan bəri qeyri-adi uzun dilinin olduğunu deyir.
İtin dilinin uzun olmasına baxmayaraq, it tibbi cəhətdən normaldır.
...Onu bir neçə dəfə baytara apardıq və heç bir diş problemi və ya bu kimi bir şey yoxdur - sadəcə dili bir az uzundur!
İt sahibi deyir bunu.
Maraqlıdır ki, gözləntilərin əksinə olaraq, Ozzi həddindən artıq tüpürcək ifraz etmir və hətta özünü yalamağı belə sevmir.
...O, öpmür - sadəcə üzünüzü oxşayır və burnunu ovuşdurur, amma əslində çox yalamır!.
Bunu da Angela gülümsəyərək qeyd edir.
Nazlı Almuradova