5 dekabr 2025-ci il tarixində Mərkəzi Gömrük Hospitalında Təcili Yardım şöbəsinin sürücüləri, porterləri və müxtəlif şöbələrin tibb bacıları üçün “BLS – Təməl Həyata Dəstək” instruktur təlimi keçirilib. Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsinin təcili yardım həkimi Cavad Cabarov tərəfindən aparılan təlim nəzəri və praktiki mərhələlərdən ibarət olub. Təlimlərin əsas məqsədi hadisə yerində peşəkar həkim briqadası gələnə qədər xəstə və ya yaralılara ilk yardımın göstərilməsi bacarıqlarının artırılmasıdır.
Təlim zamanı iştirakçılara ürək-ağciyər reanimasiyası, avtomatlaşdırılmış xarici defibrilyatorun tətbiqi, hava yolunun açılması, boğulma zamanı ilkin yardım, həmçinin həyati təhlükə yaradan vəziyyətlərin tanınması və operativ müdaxilə qaydaları izah edilib. Praktiki hissədə əməkdaşlar manekenlər üzərində real situasiyalara uyğun simulyasiyalar həyata keçirərək bacarıqlarını möhkəmləndiriblər. Təlimin sonunda Cavad həkim iştirakçıların suallarını cavablandırıb.