Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

5 Dekabr 2025 14:23 (UTC+04:00)

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Cənubi Qafqazdakı nümayəndəliyinin rəhbəri Aleksandr Vinnikovla görüşüb.

Bu barədə SİA İsveçin Bakıdakı səfirliyinin sosial şəbəkələrdəki paylaşımına istinadən məlumat verir.