“Əmək və sosial müdafiə sahəsi davamlı inkişafın əsas dayağıdır” - TDT Baş katibi

5 Dekabr 2025 11:59 (UTC+04:00)

“Əmək, məşğulluq və sosial müdafiə sahələri regional inkişafın əsas dayaqlarıdır. Güclü əmək bazarları və dayanıqlı sosial müdafiə sistemi olmadan davamlı iqtisadi inkişaf mümkün deyil”. SİA xəbər verir ki, bu fikirləri TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev nazirlərin birinci iclasında səsləndirib.

O bildirib ki, vətəndaşlar getdikcə daha çox TDT-yə üzv ölkələrdə məşğulluq imkanları axtarırlar və onların təhlükəsiz, ləyaqətli, qanuni əsaslarla çalışmasının təmin olunması üzv dövlətlərin ortaq məsuliyyətidir.

Baş katib qeyd edib ki, bu iclas 2024-cü il Daşkənd Bəyannaməsində dövlət başçıları tərəfindən verilən tapşırıqların icrasına praktik başlanğıcdır və gələcəkdə əmək münasibətləri, sosial təminat, pasiyent hüquqları və mobillik sahəsində vahid hüquqi baza yaradılmasına zəmin yarada bilər.