NBA: “Minnesota” ardıcıl dördüncü qələbəsini qazanıb

5 Dekabr 2025 11:00 (UTC+04:00)

ABŞ-ın Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm mövsümündə daha beş oyun keçirilib. SİA xəbər verir ki, “Minnesota” "Nyu Orleans Pelikans"a 125:116 hesabı ilə gəlib. Bu, komandanın ardıcıl dördüncü qələbəsi olub.

Qərb konfransının ikinci pilləsində qərarlaşan “Los Anceles Leykers” Toronto Reptors”u 123:120 hesabı ilə üstələyib.

“Yuta Caz” “Bruklun Nets”i (123:110), “Filadelfiya” “Qolden Steyt Uorriorz”u (99:98), “Boston Seltiks” isə “Vaşinqton Uizards”ı (146:101) məğlub edib.