Qarabağ atları Əbu-Dabidə nümayiş olunub - FOTOLAR

5 Dekabr 2025 10:56 (UTC+04:00)

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Qarabağ atları nümayiş olunub. Tədbirdə Azərbaycanın milli musiqisi və rəqsləri də maraqla qarşılanıb. Bu barədə SİA-ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Birləşmiş Ərəb Əmirliklərinin yaranmasının 54-cü il dönümünə həsr olunmuş təntənəli mərasimdə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan da tədbirdə iştirak edib.