Qadın və kişi cüdoçular arasında Azərbaycan çempionatı başlayıb

5 Dekabr 2025 10:35 (UTC+04:00)

Bu gün qadın və kişi cüdoçular arasında Azərbaycan çempionatına start verilib. SİA xəbər verir ki, Bakı İdman Sarayında keçiriləcək yarışın ilk günündə 7 çəki dərəcəsində 107 cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Qadınlar arasında 63, 70, 78, +78, kişilərdə isə 60, 66 və 73 kiloqram çəki dərəcələrində mükafatçılar müəyyənləşəcək. Final bloku saat 17:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan çempionatında dekabrın 5–6-da fərdi mübarizə, 7-də isə komandalararası yarış olacaq. Cüdoçular ümumilikdə 14 çəki dərəcəsində mübarizə aparacaqlar.