Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq

5 Dekabr 2025 09:54 (UTC+04:00)

Bu gün Biləsuvar rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. SİA xəbər verir ki, Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35 kV-luq "Səmədabad" hava xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 11:00-dək Nərimankənd və Səmədabad qəsəbələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.