Bakıda "Mədəni irs və qayıdış hüququ" mövzusunda beynəlxalq konfrans keçirilir

5 Dekabr 2025 09:45 (UTC+04:00)

Bakıda "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa və sülhə aparan yol kimi" mövzusunda III beynəlxalq konfrans öz işinə başlayıb. SİA xəbər verir ki, tədbir Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Gülüstan Sarayında keçirilir.