...Əvvəllər Mercedes-Benz avtomobilləri istehsal edən Finlandiya şirkətinin Valmet Automotive zavodu müdafiə şirkəti Patria üçün zirehli maşınlar istehsalına başlayacaq.
SİA-nın məlumatına görə, şirkətin açıqlamasında deyilir: “...Patria Land Oy və Valmet Automotive Oyj zirehli maşınların istehsalı ilə bağlı texnologiyaların ötürülməsi, eləcə də bu cür maşınların ilk prototiplərinin istehsalı üzrə əməkdaşlıq etmək barədə razılığa gəliblər”.
Şirkət texnologiya ötürülməsi üzrə əməkdaşlığın dərhal başlayacağını dəqiqləşdirib.
İlk Patria zirehli maşınları 2026-cı ilin ikinci yarısında Valmet Automotive şirkətinin Uusikaupunki şəhərindəki zavodunda istehsal olunacaq.
Mercedes-Benz avtomobilləri istehsal edən şirkət bu yaxınlarda maliyyə çətinlikləri ilə üzləşib.
Əli Babayev