Salyanda xırdabuynuzlu heyvanların tələf olması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, hadisə axşam saatlarında Ələt-Astara avtomobil yolunun Həsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Malik Quliyev idarə etdiyi “KamAZ” markalı yük maşını ilə hərəkətdə olarkən kənd sakini Cəlal Babayevə məxsus xırdabuynuzlu heyvan sürüsü yola çıxıb və qəza baş verib. Hadisə zamanı 20 başdan çox heyvan tələf olub.
Faktla bağlı araşdırma aparılır.