Ukrayna ilə danışıqlar prosesində ən vacib şey danışıq aparan şəxsin konkret kimliyi deyil, münaqişənin əsas səbəblərinin həllinə yönəlmiş konstruktiv dialoqdur.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib.
...Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun danışıqların gedişatına mümkün təsiri ilə bağlı suala cavab olaraq diplomat vurğulayıb ki, Rusiya tərəfi üçün əsas məsələ Kiyevin danışıq aparan şəxsi deyil, böhranın kök səbəblərinin aradan qaldırılmasına yönəlmiş əsaslı müzakirədir.
Zaxarova əlavə edib ki, Umerovun yeni vəzifəsində belə bir dialoqa hazırlığı zamanla müəyyən ediləcək və konkret nəticələrə əsasən qiymətləndiriləcək.
Yeri gəlmişkən, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Kiyev rejiminin Türkiyənin xəbərdarlıqlarını qulaqardına vurduğunu və Qara dənizdə Rusiya gəmisinə qarşı daha bir terror hücumu törətdiyini bildirmişdi.
Əli Babayev