...Moldova hökuməti, Avropa İttifaqı və ABŞ ilə birlikdə, ölkənin reinteqrasiyası üçün bir plan hazırlayır - özünü elan etmiş Dnestryanı bölgəsinin Kişinyovun de-fakto nəzarətinə qaytarılması...
SİA xəbər verir ki, Newsmaker-in məlumatına görə, Baş nazirin reinteqrasiya üzrə müavini Valeriu Çiver hökumət iclasından sonra bu açıqlamanı verib.
O, bəzi məsələlərin "həssas qaldığını" və ehtiyatlılıq tələb etdiyini, digər proseslərin isə "vaxt tələb etdiyini" bildirib. ...Biz, həqiqətən də, reinteqrasiya üçün strategiya və ya yol xəritəsi üzərində fəal şəkildə işləyirik, lakin bildiyiniz kimi, həssas məsələlər ehtiyatlılıq tələb edir. Sonda nəticə verəcək addımları nəzərdən keçirməliyik. Bütün hərəkətlər barədə real vaxt rejimində məlumat verə bilmərik, çünki bu, son nəticəni sarsıda bilər. İş davam edir və uyğun vaxtda nəticələri ictimaiyyətə təqdim edəcəyik, - Çiver deyib bunu.
Xatırladaq ki, Dnestryanı bölgə 1990-cı illərin əvvəllərindən bəri Rusiyanın nəzarəti altında tanınmamış bir dövlət kimi mövcuddur.
Onun ərazisi həmçinin Ukraynaya hücumların məkanı olub.
Əli Babayev