Vidadi Əliyev Azərbaycan Həndbol Federasiyasının cənub bölgəsi üzrə koordinatoru təyin edilib

4 Dekabr 2025 15:24 (UTC+04:00)

“Azəryol” komandasının sabiq baş məşqçisi Vidadi Əliyev Azərbaycan Həndbol Federasiyasının (AHF) cənub bölgəsi üzrə koordinatoru təyin edilib. Bu barədə SİA-ya AHF-dən məlumat verilib.

Onun rəhbərliyi ilə Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonlarında 2012–2013-cü il təvəllüdlü oğlanlardan ibarət yeni komandaların formalaşdırılması istiqamətində işlər aparılacaq.

Qeyd edək ki, Vidadi Əliyev daha əvvəl kişilərdən ibarət “İdman Akademiyası” ilə yanaşı, milli komandanın baş məşqçisi vəzifəsində çalışıb.