Dövlət Dəniz və Liman Agentliyində “Açıq qapı” günü keçiriləcək

4 Dekabr 2025 15:12 (UTC+04:00)

Dövlət Dəniz və Liman Agentliyində dənizçilərin hazırlanması və sertifikatlaşması, bilik və bacarıqlarının qiymətləndirilməsi, o cümlədən təlim-tədris fəaliyyətinin tənzimlənməsi üzrə son dövrlərdə həyata keçirilən islahatlar barədə dənizçilərin maarifləndirilməsi, onların sual və təkliflərinin yerində dinlənilərək operativ şəkildə cavablandırılması məqsədilə dekabrın 19-u saat 10:00-da agentliyin inzibati binasında “Açıq qapı” günü keçiriləcək. Dövlət Dəniz və Liman Agentliyindən SİA-ya bildirilib ki, “Açıq qapı” günündə iştirak etmək istəyən dənizçilər müvafiq məlumatları (ad, soyad və əlaqə nömrəsi) [email protected] e-poçt ünvanına göndərərək qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, agentlik tərəfindən xidmətlərin göstərilməsində vətəndaş məmnunluğunun təmin olunması məqsədilə “Açıq qapı” günləri mütəmadi olaraq təşkil olunur.

Bu barədə agentliyin rəsmi veb-saytında və sosial şəbəkə hesablarında məlumat verilir.