…Misir şirkəti Arab International Optronics (AIO), Afrika qitəsinin ən böyük illik silah sərgisi olan Qahirədə keçirilən EDEX 2025-də ən son məhsullarını, o cümlədən Eagle-2 döyüş modulu ilə birlikdə ən yeni pilotsuz qayıq (UCV) USV-AIO-001-i təqdim edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ordu Recognition xəbər verir.
Misir-İspaniya birgə hazırladığı Eagle-2, 12,7 mm-lik pulemyotla təchiz olunub. O, həmçinin 14,5 mm-ə qədər kalibrli digər silahları quraşdırmaq qabiliyyətinə malikdir. Modulun digər fərqli xüsusiyyəti onun termal görüntüləmə kamerası, 30x zumlu gündüz kamerası və lazer məsafəölçən cihazıdır.
Bu konfiqurasiya həm gündüz, həm də gecə hədəfləri müşahidə etməyə və vurmağa imkan verir.
Bildirilir ki, yeni pilotsuz uçuş aparatının hazırlanması Misir ordusunu ən son pilotsuz sistemlərlə təchiz etmək üçün davamlı səylərin bir hissəsidir.
Əli Babayev