…Ford şirkəti Mustang üçün yeni FP800S Bronze Magneride performans paketini təqdim etdi.
SİA-nın əldə etdiyi məlumata görə, paket 2025-ci ildə SEMA-da nümayiş etdirilən eyniadlı konsept avtomobilə əsaslanır.
Avtomobil standart Coyote V8 mühərriki üçün yeni Whipple supercharger aldı.
Yeni supercharger sayəsində güc 800 at gücünə qədər artdı. Avtomobil həmçinin xüsusi egzoz sistemi və aşağı salınmış asqıya malikdir.
Bu versiyanı bürünc kuzov aksentləri və unikal dizayna malik 19 düymlük təkərlər ilə tanımaq olar.
Paketə həmçinin karbon lifli bəzək, splitter və Dark Horse spoyleri daxildir. İçəridə Recaro oturacaqları quraşdırılıb və bəzəkdə FP800S nişanı var.
Nazlı Almuradova