Ədalətli mühakimə cəmiyyətin istəyidir ANALİZ

4 Dekabr 2025 13:12 (UTC+04:00)

Azərbaycanın dünya miqyasında yerinin və rolunun möhkəmlənməsi bəzi məkrli dairələri ciddi şəkildə narahat edib. Ona görə də, hər cür iyrənc vasitə və üsullardan istifadə etməklə ölkəmizin uğurlarına kölgə salmaq, beynəlxalq arenadakı nüfuzuna xələl gətirməyə çalışırlar. Rusiya fars-molla rejimi ilə yanaşı Fransada Azərbaycanda casus şəbəkəsi yerləşdirməklə müəyyən pozucu niyyətlərini reallaşdırmağa ümid edirlər. Hətta bəzi məqamlarda dövlət çevrilişləri, siyasi –ictimai sabitliyi pozmağa yönələn əməllərdə həyata keçirməyi planlaşdırırlar. Sosial şəbəkələr üzərindən ölkəmizə qarşı təxribatların həyata keçirilməsi demək olar ki, davamlı xarakter alıb. Xaricdən "Echo of Baku", "Azeri Horizon", "Xəbər24", "Merry you", "Azerbaijan Pulse", "Az insight" vasitəsilə müxtəlif platformalar üzərindən Azərbaycan Respublikasının informasiya məkanına hədəfli müdaxilə cəhdləri edilərək ölkəmizdə ictimai fikri çaşdırmağa, dövlətin apardığı uğurlu daxili və xarici siyasətə kölgə salmağa çalışılır. Geosiyasi manipulyasiya xarakterli məlumatlar Azərbaycan dilində "Facebook"da paylaşıldıqdan sonra istifadəçilərdən "Telegra.ph" kimi platformalara keçid etməkləri istənilir ki, bu da öz növbəsində bir sıra istifadəçi məlumatlarının (IP ünvan, istifadə olunan cihaz və s.) ələ keçirilməsinə səbəb ola bilər.

Bir qədər əvvəl Ukraynanın "İdentifikator" nəşri ciddi və əsaslı mənbələrinə istinadən qeyd etmişdir ki, Fransa kəşfiyyatı Azərbaycanda peşəkar casus şəbəkəsi yerləşdirib : "Həmin şəbəkə Fransanın Azərbaycandakı səfirliyinin tərkibində fəaliyyət göstərir və Fransanın sözdə "tərəfdaş" adlandırdığı ölkələrin nümayəndələrinə qarşı kəşfiyyat fəaliyyəti həyata keçirir". Nəşr istintaq məlumatlarına əsasən qeyd edir ki, uzun illər Fransa kəşfiyyatının əməkdaşı olmuş şəbəkə üzvlərindən biri könüllü olaraq Azərbaycanın hüquq-mühafizə orqanları ilə əməkdaşlığa başladıqdan sonra şəbəkə üzvlərinin kimlikləri ortaya çıxıb: "Bu əməkdaşlıq nəticəsində bəziləri Azərbaycanda xidmət etmiş və hələ də fəaliyyətdə olan, bəziləri isə hazırda bir sıra qonşu dövlətlərdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən onlarla fransalı agent ifşa edilib. Bununla yanaşı, Azərbaycan xüsusi xidmət orqanlarına Fransanın agentura şəbəkəsinin Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyəti ilə bağlı sübut və sənədlərin təqdim edildiyi bildirilir".

Casus şəbəkəsinin ifşa olunması yeni faktlar üzə çıxardı

Bir sıra yerli və xarici media orqanlarında Fransanın Azərbaycanda casus şəbəkəsi formalaşdırması barədə məlumatlar yayıldıqdan az sonra Azərbaycanda Fransanın casus şəbəkəsinin saxlanılması barədə məlumat yayıldı. Məlum oldu ki, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılan casus Fransanın xüsusi xidmət orqanlarının peşəkar əməkdaşı, polkovnik-leytenant Martin Rayandır. Onun Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən ifşa olunaraq, həbs edilməsi Fransa siyasi hakimiyyətinin belini qırıb. Çünki Martin Rayan Fransa üçün önəmli fiqur hesab edilir. Məhz önəmli agentin ifşa edilməsindən sonra Fransanın kəşfiyyat orqanlarında ciddi dəyişikliklər, hətta istefalar baş verib. Fransa vətəndaşı Martın Rayanın atası Riçard Rayan oğlunun Fransa hakimiyyəti tərəfindən istifadə edildiyini bildirib. Riçard Rayan "Agence France-Presse" (AFP) agentliyinə açıqlamasında oğlu Riçard Rayanın bir dəfə ona Fransa hakimiyyət orqanlarının ondan istifadə etdiklərini danışdığını söyləyib.

Martın Rayanın atası Riçard Rayanın fikirləri ilə bir qədər əvvəl Bakıdan qovulmuş iki diplomata işarə edib, Fransa casusu Martin Ryana qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi üzrə ittiham irəli sürülüb. İttihama görə Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "arzuolunmaz şəxs" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.

Fars-molla rejimi radikal dini kəsimdən istifadə etməklə ölkədə gərginlik yaratmağa cəhd edirsə Rusiyanın agentura şəbəkəsi gah Azərbaycan qarşı kiberhücumlar təşkil edir, gah da hibrid təhdidlər yaratmağa çalışır. Bununla iyrənc əməllərinin işə yaramadığını anladıqlarından Ramiz Mehdiyev, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimi satqınlardan istifadə etməklə ölkəmizdə dövlət çevrilişi etməyə cəhd edirlər. Lakin bu məsələdə də şimaldan olan diversantlar uğursuzluğa düçar olurlar. Artıq baş agent, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev həbs olunub. Eyni aqibəti AXCP sədri Əli Kərimli, Milli Şuranın rəhbəri Cəmil Həsənli, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim, Milli Şuranın koordinasiya mərkəzinin üzvləri Gültəkin Hacıbəyli və Vidadi Mirkamal Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dəstəsinin fəalları olaraq cinayət məsuliyyətinə cəlb olunublar. AXCP sədri Əli Kərimlinin evində axtarış aparılıb və istintaq üçün əhəmiyyətli olan bir sıra sənədlər götürülüb. Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə qarşı ittihamlar irəli sürülüb. Əli Kərimli Cinayət Məcəlləsinin 278.1 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə) maddələri ilə ittiham olunur. AXCP sədrinin ifadəsi alınıb və onun barəsində Səbail rayon Məhkəməsində təqdimata baxılıb. Məhkəmə Əli Kərimli ilə bağlı 2 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Cəmiyyət məhkəmə qərarını haqlı hesab edir

Azərbaycan cəmiyyəti məhkəmənin Əli Kərimli və digərləri ilə bağlı qərarını ədalətli qərar hesab edir. Bu da ondan irəli gəlir ki, cəmiyyət onların öz şəxsi mənafeləri naminə dövlətçiliyə qarşı düşmən kəsilmələrini bilir və buna kəskin etirazlarını qeyd edirlər. Əli Kərimli və onunla eyni pozucu maraqları bölüşən dağıdıcı ünsürlər siyasi fəaliyyətləri dövründə daim Azərbaycanın milli və dövlətçilik maraqlarına qarşı mübarizə aparıblar. Bu məxluqlar taleyüklü məsələ olan 44 günlük Vətən Müharibəsi ərəfəsi və ondan sonrakı dönəmdə belə öz riyakar və satqın fəaliyyətlərindən əl çəkmədilər. AXCP və Müsavat 2020-ci ilin iyulunda Tovuz rayonu erməni terror maşını terror aktları həyata keçirən zaman 43 siyasi partiyanın imzaladığı "Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyaların milli həmrəyliyə dair" bəyanatını imzalamamışdır. 44 günlük Vətən Müharibəsi zamanı bir neçə dəfə siyasi partiyalar bir araya gəlib beynəlxalq təşkilatlara Ermənistanın vandal hərəkətləri və dinc sakinlərin raket atəşinə tutulmasına etiraz əlaməti olaraq bəyanatlar, müraciətlər ünvanladıqları zaman Müsavat və AXCP həmin müraciətlərə qoşulmaqdan imtina etdilər. Siyasi partiyaların Qarabağda aparılan lokal xarakterli antiterror tədbirlərini dəstək bəyanatına yenə də AXCP, Müsavat və Milli Şura qoşulmadılar. Bu isə onu bir daha təsdiq edir ki, sözügedən partiyalar erməni lobbisinin mənafeyindən çıxış edirlər. Yəni erməni lobbisi dağıdıcı müxalifət partiya sədrlərinə lokal xarakterli tədbirlərə dəstək göstərilməməsi barədə göstəriş veriblər. Onlar da göstərişlərə boyun əyiblər. Sual olunur: necə ola bilər ki, vətəninə yardım etməyin vacib olduğu bir mərhələdə susan? Deməli, bir daha aydın olur ki, onların pafosla söylədikləri "Vətən", "Xalq" sözləri sadəcə siyasi divident əldə etmək üçün deyilir. Əslində, xalqdan uzaqdırlar, dövlətə qarşı laqeyidirlər. Onlar üçün başlıca hədəf və məqsəd ölkəmizin imicinə xələl gətirilmək və erməni lobbisinin istəyinin yerinə yetirilməsidir.

Belə xəyanət yolu tutan istənilən şəxs, o cümlədən Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, İsa Qəmbər, Arif Hacılı, Məmməd İbrahim və digələri cəmiyyət üçün təhlükə mənbəyidir. Onlar məhkəmə qarşısına çıxarılaraq layiq olduqları cəzanı almalıdırlar. Eyni zamanda, onların rəhbərlik etdikləri partiyaların da fəaliyyətinə xitam verilməlidir.

İLHAM ƏLİYEV