İqtisadiyyat nazirinin müavini Şabranda vətəndaşlarla görüşəcək

4 Dekabr 2025 12:09 (UTC+04:00)

Dekabrın 8-də iqtisadiyyat nazirinin müavini Anar Axundov Şabran və Siyəzən rayonlarından olan vətəndaşlarla görüşəcək. Nazirlikdən SİA-ya bildirilib ki, görüş saat 11:00-dan etibarən Şabran şəhəri, Heydər Əliyev prospekti 60A ünvanında, Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək.

Görüşə gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya “195-1” Çağrı Mərkəzinə zəng etməklə nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.