NBA: Lider məğlub olub

4 Dekabr 2025 10:34 (UTC+04:00)

ABŞ-ın Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm mövsümündə daha doqquz oyun keçirilib. SİA xəbər verir ki, Şərq konfransının lideri “Detroit Pistons” "Miluoki Buks”a məğlub olub – 109:113.

“Dallas Maveriks” “Mayami Hit”ə 118:108 hesabı qalib gəlib. Bu, komandanın arıdıcıl üçüncü qələbəsi olub.

“Bruklin Nets” “Çikaqo Bullz”a (113:103), “Los Anceles Klippers” “Atlanta Hoks”a (115:92), “Denver Naqqets” “İndiana Peysers”ə (135:120), “San Antonio Spörs” “Orlando Mecik”ə (114:112), “Oklahoma Siti Tander” “Qolden Steyt Uorriorz”a (124:112), “Nyu York Kniks” “Şarlott Hornets”ə (119:104), “Hyuston Rokets” isə “Sakramento Kinqs”ə (121:95) qalib gəlib.