Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti matçlar keçiriləcək

4 Dekabr 2025 10:32 (UTC+04:00)

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V turun növbəti matçları keçiriləcək. SİA xəbər verir ki, "Milli Aviasiya Akademiyası" komandası "Murov Az Terminal"la üz-üzə gələcək.

Qarşılaşma Milli Aviasiya Akademiyasının idman zalında baş tutacaq. Digər görüş UNEC və "Turan" arasında gerçəkləşəcək. Bu matç UNEC-in idman zalında keçiriləcək.

Hər iki qarşılaşma saat 17:00-da start götürəcək.

Qeyd edək ki, turun ötən gün baş tutan "DH Volley" - "Gənclər" görüşündə birincilər 3:0 hesablı qələbə qazanıb. Qadınlar arasında Yüksək Liqanın V turuna sabah yekun vurulacaq.