Şəmkirdə “Mercedes” markalı mikroavtobusun idarəetməni itirərək yol kənarındakı su kanalına aşması nəticəsində 12 nəfər xəsarət alıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, zərərçəkənlərə rayon mərkəzi xəstəxanasında tibbi yardım göstərilir. Yevlaxdan Şəmkirdəki istixanaya işçi daşıyan mikroavtobusda 20-dən çox sərnişin olub.