Azərbaycan Kubokunun 1/8 final mərhələsi bu gün başa çatacaq

4 Dekabr 2025 09:12 (UTC+04:00)

Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinə bu gün yekun vurulacaq.

SİA-nın məlumatına görə, sonuncu oyun günündə üç qarşılaşma keçiriləcək.

İlk olaraq "Qəbələ" I Liqa təmsilçisi "Şəfa"nı qəbul edəcək. Qarşılaşma saat 15:00-da start götürəcək.

Saat 19:00-da "Araz-Naxçıvan" - "Kəpəz" və "Difai" - "Sumqayıt" görüşləri başlayacaq.

"Qəbələ" - "Şəfa" cütünün qalibi növbəti raundda "Sabah"la üz-üzə gələcək. "Araz-Naxçıvan" - "Kəpəz" duelinin güclüsü 1/4 finalda "Turan Tovuz"a, "Difai" - "Sumqayıt" oyununda qalib gələn tərəf "Zirə"yə rəqib olacaq.

Azərbaycan Kuboku

1/8 final

4 dekabr

15:00. "Qəbələ" – "Şəfa"

Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Gülnurə Əkbərzadə, Kamran Əliyev.

Hakim-inspektor: Ceyhun Haşımov.

AFFA nümayəndəsi: Nəriman Axundov.

Qəbələ şəhər stadionu

19:00. "Araz-Naxçıvan" – "Kəpəz"

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.

VAR: Elçin Məsiyev.

AVAR: Kamranbəy Rəhimov.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Yavər Rəhimov.

"Liv Bona Dea Arena"

19:00. "Difai" – "Sumqayıt"

Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Asif Əliyev.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, daha əvvəl bu mərhələdə "Turan Tovuz" "Şahdağ Qusar"ı (2:1), "Zirə" əlavə vaxtda "Neftçi"ni (1:0), "Şamaxı" "Baku Sportinq"i (1:0), "Sabah" əlavə vaxtda "İmişli"ni (2:1), "Qarabağ" isə "Karvan-Yevlax"ı (3:0) məğlub edib.