Çinin Guangxi əyalətində qonşuları onun öldüyünü düşünən 95 yaşlı təqaüdçü Li Xiufenq gözlənilmədən altı gün sonra "həyata qayıdıb".
SİA-nın məlumatına görə, bu barədə The Mirror xəbər verir. Çin adətinə görə, Xiufenqin cəsədi tabuta qoyulub və ictimaiyyət qarşısında vida mərasimi üçün evinin qarşısında saxlanılıb.
Qəzetin məlumatına görə, yerli sakinlər tabut boş olanda panikaya düşüblər, ta ki "dirilən şəxs" mətbəxində yemək bişirərkən tapılıb.
Xiufenq daha sonra tabutda son dərəcə aclıq hiss edərək oyandığını, qapağı açdığını və yemək bişirmək üçün evə getdiyini danışıb.
Həkimlər sonradan ona nəfəs almağın demək olar ki, hiss olunmayan nadir bir xəstəlik diaqnozu qoyublar.
Həmçinin, yerli ənənəyə uyğun olaraq, Xiufenqin bütün əşyaları yandırılıb.
Beləliklə, "dirilən şəxs" əşyaları olmadan qalıb.
Əli Babayev