Putinlə "əhəmiyyətli və məhsuldar görüş" barədə məlumat verildi...

4 Dekabr 2025 07:24 (UTC+04:00)

...SİA xəbər verir ki, Ağ Ev sözçüsünün Reuters agentliyinə verdiyi məlumata görə, Moskvada danışıqlar aparan ABŞ nümayəndə heyətinin üzvləri Stiv Vitkoff və Cared Kuşner prezident Donald Trampa və Ukrayna rəsmilərinə Rusiya prezidenti Vladimir Putinlə "əhəmiyyətli və məhsuldar görüş" barədə məlumat veriblər.

Rəsmi şəxs bildirib ki, "Amerika Birləşmiş Ştatları və Rusiya əsaslı və məhsuldar görüş keçiriblər. Bundan sonra xüsusi nümayəndə Vitkoff və cənab Kuşner prezident və Ukrayna tərəfi üçün brifinq keçiriblər".

Dekabrın 3-də Kremldə Rusiya və ABŞ arasında danışıqlar baş tutub.

Putin orada Vitkoff və Kuşneri qəbul edib.

Rusiya tərəfindən də Putinin köməkçisi Yuri Uşakov və Prezidentin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev iştirak edib.

Əli Babayev