...SİA-nın məlumatına görə, Fransanın xarici işlər naziri Jan-Noel Barrot "Le Point" qəzetinə verdiyi açıqlamada bildirib ki, Ukrayna və onun ordusu Rusiya ilə qarşıdurmada Avropa İttifaqı ölkələri üçün ilk müdafiə xəttinə çevrilib.
Diplomat vurğulayıb ki, "Avropada sakitləşməyi təbliğ edən, amma əslində təslim olmağı təbliğ edənlərə bu müharibənin bizim müharibəmiz olduğunu və müstəqil Ukraynanın yeganə təhlükəsizliyimizin qarantiyası olduğunu deməliyik".
Barrot Kiyev üçün təhlükəsizlik zəmanətləri üzərində işləməyə davam edəcəyinə söz verib. O əlavə edib ki, Ukraynadakı Avropa hərbi kontingenti bu zəmanətlərin bəzilərini təmin edə bilər.
Əli Babayev