Masallıda marketdə istehlaka yararsız məhsullar aşkarlanıb

3 Dekabr 2025 17:36 (UTC+04:00)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonunun Babaser kəndində fiziki şəxs Qardaşov Mais Ələkbər oğluna məxsus marketdə keçirilmiş yoxlama zamanı normativ-hüquqi aktların tələblərinin pozulduğunu aşkarlayıblar. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, marketdə istifadə müddəti bitmiş müxtəlif növ qida məhsulları, qazlı su və mənşəyi məlum olmayan “Organic Lyuks”, “Lyuks Line”, “Gold Organik”, “Banqero Organic”, “Органик Березка”, “Vip Line” əmtəə nişanlı saxta alkoqollu içkilər müəyyən edilərək satışdan kənarlaşdırılıb, istehlaka yararsız məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Araşdırmalar davam etdirilir.