Noyabrda dövlət qurumlarına 751 kiberhücum indikatoru müəyyən olunub - XRİTDX

3 Dekabr 2025 17:08 (UTC+04:00)

Bu ilin yanvar-avqust aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 751 kiberhücum indikatoru (IOC) müəyyən edib. SİA XRİTDX-in Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin yaydığı hesabata istinadla xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz azdır.

Belə ki, kibertəhdidlərin 288-i daxili araşdırma, 463-ü isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən edilib və bloklanıb.

Təkcə bu ilin noyabrında 49 kiberhücum müəyyən olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 42 faiz azdır.

Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 430 milyon 214 zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 22 milyon 367 min 344, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 92 min 603 zərərverici tərkibli elektron sənəd blok edilib.