...Almaniya hakimiyyəti elektrik avtomobillərinə tələbatı artırmaq üçün genişmiqyaslı bir proqramı təsdiqləyib.
SİA-nın məlumatına görə, hökumət bu məqsədlə İqlim və Keçid Fondundan 3 milyard avro ayıracaq.
Yeni proqram elektrik avtomobillərinin və qoşula bilən hibridlərin alınması və lizinqinə yardım göstərir.
Maksimum yardım məbləği 5000 avro olacaq, subsidiya məbləği isə gəlirdən asılı olacaq.
Bu qərar əvvəllər "yaşıl" nəqliyyata imkanları olmayanlar üçün elektrik avtomobillərinə çıxışı açmaq məqsədi daşıyır. Bu qərarın əsas məqsədi, ehtimal ki, Çin elektrik avtomobillərini büdcə seqmentindən sıxışdırmaq cəhdi olacaq.
Hökumət hesab edir ki, yeni sxem 600.000-ə qədər Avropa elektrik avtomobilinin alınmasını stimullaşdıra bilər.
Nazlı Almuradova