Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 3-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfərə yola düşüb. Bu barədə SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun dekabrın 4-5-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 32-ci iclasında iştirakı və çıxışı, habelə tədbirdə iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.