Cari ilin yanvar-oktyabr aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15 faiz artaraq 1 milyard 537,5 milyon manat olub. Bakı Şəhər Statistika İdarəsindən SİA-ya bildirilib ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 842,7 milyon manat olub. Bu, ümumi dövriyyənin 54,8 faizini təşkil edib.