Lökbatanda avtomobilin yanması nəticəsində bir nəfər ölüb

3 Dekabr 2025 09:48 (UTC+04:00)

Bakı şəhərinin Qaradağ rayonunda "DongFeng" markalı minik avtomobilinin yanar hissələri yanıb.

SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.