ABŞ-da kütləvi qətllərin sayı bu il ən aşağı səviyyəyə düşüb

2 Dekabr 2025 22:12 (UTC+04:00)

ABŞ-da kütləvi qətllərin sayı statistikanın aparıldığı 2006-cı ildən bu yana ən aşağı səviyyəyə düşüb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, 2025-ci ildə baş verən kütləvi qətllərin sayı 17-dir. Ən yüksək rəqəm 2019-cu ildə qeydə alınıb. Həmin il kütləvi qətllərin sayı 46 olub.

Ötən il rəqəm 40-a yaxın olub və bu il yarıdan çox azalıb.