...SİA-nın məlumatına görə, Reuters agentliyi Mərkəzi Asiya ölkəsinin təhlükəsizlik orqanlarındakı üç mənbəyə istinadən xəbər verir ki, Tacikistan noyabr ayının sonlarında baş verən toqquşmalardan sonra Əfqanıstanla sərhəddə birgə patrul xidməti üçün Rusiya qoşunlarının yerləşdirilməsi ehtimalını Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə müzakirə edir.
Deyilənlərə görə, son bir həftə ərzində Əfqanıstandan atılan atəş nəticəsində beş Çin vətəndaşı həlak olub, beş nəfər yaralanıb.
Dekabrın 1-də Tacikistan prezidenti Emoməli Rəhmon Tacikistan və Əfqanıstan sərhədindəki vəziyyəti və təhlükəsizliyinin gücləndirilməsini müzakirə etmək üçün respublikanın təhlükəsizlik orqanlarının rəhbərləri ilə işgüzar görüş keçirib.
Respublika Təhlükəsizlik Şurasındakı mənbə Reuters agentliyinə bildirib ki, KTMT qüvvələrinin yerləşdirilməsi ilə bağlı heç bir qərar qəbul edilməyib və bu məsələ nəzərdən keçirilir.
O, əlavə edib ki, Rusiya tərəfi ilə Rusiyanın ən böyük quru qüvvəsi olan Tacikistanda yerləşən 201-ci Rusiya hərbi bazasının Tacikistan-Əfqanıstan sərhədində birgə patrul xidməti üçün yerləşdirilməsi ilə bağlı danışıqlar aparılıb. Mənbə bildirib ki, hazırda KTMT ilə danışıqlar aparırıq və onlar nəzərdən keçirilir.
...Qeyd etmək lazımdır ki, 3 iyul 2025-ci ildə Rusiya dünyada Əfqanıstanın İkinci İslam Əmirliyini (Taliban) rəsmi olaraq tanıyan ilk ölkə oldu.
7 oktyabr 2025-ci ildə “Taliban” ilk dəfə Moskvaya rəsmi səfər etdi.
Əli Babayev