...Çinin xarici işlər naziri Vanq Yi, çərşənbə axşamı Kremldə Vladimir Putinlə Ukrayna ilə bağlı sülh müqaviləsini müzakirə etmək üçün görüşəcək ABŞ-ın xüsusi elçisi Stiven Vitkoffla birlikdə Kremlə səfər edir.
SİA xəbər verir ki, TASS-ın məlumatına görə, 2 dekabrda Vanq Yi Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə məsləhətləşmələr aparıb.
Müzakirə Rusiya və Çin kəşfiyyat orqanları arasında əməkdaşlıq, eləcə də "beynəlxalq və regional təhlükəsizliyin cari məsələləri" mövzusuna yönəlib.
Vanq Yi ilə danışıqlar Putin və Vitkoff arasında Kremldə planlaşdırılan görüşdən bir neçə saat əvvəl baş tutub.
Reuters mənbələrinin məlumatına görə, görüşdə Donald Trampın kürəkəni Cared Kuşnerin də iştirak edəcəyi bildirilir.
Prezidentin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, danışıqlar saat 17:00-dan sonra başlayacaq və lazım olduğu qədər davam edəcək.
Əli Babayev