...Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə 2 dekabrda Vladimir Putinlə görüşə gələn Amerika nümayəndə heyətinin tərkibini açıqlayəb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, nümayəndə heyətinə ABŞ prezidentinin elçisi Stiven Vitkoff və Donald Trampın kürəkəni Cared Kuşner daxil olacaq.
Rusiya-Amerika görüşü Moskva vaxtı ilə saat 17:00-dan sonra başlayacaq.
Putin Ukrayna məsələləri üzrə ABŞ-ın baş danışıqçısı cənab Vitkoffu Kremldə qəbul edəcək.
Mətbuat katibi bildirib ki, Kuşner də onunla birlikdə olacaq. Digər ABŞ nümayəndələrinin mümkün iştirakı ilə bağlı suala cavab olaraq Peskov amerikalı tərcüməçinin iştirakını təkzib edərək, yalnız amerikalı tərcüməçinin iştirakını qeyd edib. Müzakirənin əsas mövzusu Amerika tərəfinin irəli sürdüyü təkliflər də daxil olmaqla, Ukrayna münaqişəsinin həlli olacaq.
Daha əvvəl Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Vitkoffun Moskvaya gəliş gününü sülh üçün vacib adlandırmışdı.
Əli Babayev