Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb

2 Dekabr 2025 17:16 (UTC+04:00)

Gənclər və İdman Nazirliyi (GİN) Olimpiya idman növləri üzrə milli komandaların idmançılarının dekabrın 1-nə olan reytinq cədvəlini açıqlayıb. GİN-in mətbuat xidmətindən SİA-ya bildiriblər ki, siyahıya 480 xalla yunan-Roma güləşçisi Həsrət Cəfərov başçılıq edir. Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili (460 xal) ikinci, cüdoçu Zelim Kotsoyev (430 xal) üçüncü pillədə qərarlaşıb

Reytinq cədvəlində, həmçinin Ülvü Qənizadə (yunan-Roma güləşi, 400 xal), Elcan Hacıyev (cüdo, 370 xal), Osman Nurmaqomedov, Arseni Cioyev (hər ikisi sərbəst güləş, 340 xal), Zelim Tçkayev (cüdo, 330 xal), Murad Əhmədiyev (yunan-Roma güləşi, 330 xal) və Eldəniz Əzizli (yunan-Roma güləşi, 320 xal) yer alıblar.