...Tarixi görüş zamanı Papa XIV Lev və Konstantinopol Patriarxı Varfolomey müxtəlif dinlərə mənsub xristianların Pasxa bayramını eyni gündə qeyd etmələri üçün çalışmaq barədə razılığa gəldilər.
SİA-nın əldə etdiyi məlumata görə, onlar birgə bəyannamə imzalayıblar.
Görüş Papanın Türkiyəyə səfəri zamanı baş tutdu. O, İznik və İstanbulda keçirilən mərasimlərdə iştirak edib və daha sonra Livana gedib.
Danışıqlar zamanı bütün xristianların əsas bayramı olan Pasxa üçün vahid bir tarixin müəyyən edilməsi ehtimalına xüsusi diqqət yetirilib.
İyerarxlar qeyd etdilər ki, bu il tarixlərin üst-üstə düşməsi yaxşı əlamətdir. 2026-cı ildə Pasxa pravoslav xristianlar üçün 12 aprelə, katoliklər üçün isə 5 aprelə təsadüf edir.
Qeyd edək ki, Pasxa eyni vaxtda deyil, Katolik Kilsəsinin qəbul etdiyi, lakin Pravoslav Kilsəsinin qəbul etmədiyi 1582-ci il təqvim islahatı sayəsində müxtəlif günlərdə qeyd olunmağa başlayıb.
Bu fərq 16-cı əsrin sonu və 17-ci əsrin əvvəllərində sistemli və nəzərə çarpan hala gəldi.
Sadə dillə desək, Pasxa yazın ilk dolunayından sonrakı ilk bazar günü qeyd olunur.
Katoliklər və protestantlar tarixi 22 mart və 25 aprel arasına düşə bilən Qriqorian təqvimindən istifadə edərək hesablayırlar.
Pravoslav xristianlar Yulian təqvimindən istifadə edirlər (baxmayaraq ki, bəzi kilsələrdə istisnalar mövcuddur). Pravoslav Pasxa ümumiyyətlə 4 aprel və 8 may arasında qeyd olunur.
Əli Babayev